“WhatsApp” messencerinə 3 yeni funksiya əlavə edildi

19.03.2018 17:33

Yeni yeniləmə "Android” sisteminin idarəetməsi altında işləyən qurğu istifadəçilərinə "WhatsApp” messencerində qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görsənəcək.

"ICTnews” Elektron Xəbər Xidməti "yugopolis.ru” saytına istinadən yazır ki, sözügedən messencerin növbəti versiyası, həmçinin qrup haqda məlumat üzrə qrup iştirakçıları arasında axtarış etməyə imkan verir.

Bundan başqa, indi istifadəçilər səsli və video zənglər arasında asanlıqla keçid edə bilərlər. Bunun üçün danışıq zamanı "video” düyməsinə sıxmaq kifayətdir.

© xezerxeber.az


759 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR