Xəzər Xəbər

Smartfonunuzun ömrünü uzadın: Akumlyatoru düzgün şarj edin

Texnologiya | 14:37 • 19 Mart 2018
Smartfonunuzun ömrünü uzadın:

Yəqin ki, bir çoxlarınız telefonu şarj etməyin düzgün qaydası barədə düşünüb. Bununla əlaqədar bir neçə qızıl qaydanı sizlərə təqdim edəcəyik.

Adətən smartfonlar gecələr şarj edilməyə qoyulur, lakin bu akkumlyatora ziyandır. Məsələ burasındadır ki, telefon enerji ilə 100 faiz dolanda bloklar avtomatik sönür, lakin aparat yavaş-yavaş boşaldıqca yenidən yüklənməyə başlayır. Beləliklə, akkumlyatorda stresli rejim aktivləşir. Buna görə, batareya köhnəlir.

Smartfonu enerji ilə yükləmək üçün saat yarım - 2 saat lazımdır, bu səbəbdən bunu işdən əvvəl, ya sonra etməyiniz məsləhətdir.

Akumlyator istismarında əsas qayda – qurğunun çox soyumadan, yaxud çox isinmədən qorumaqdır. Bu nəinki akumlyatorun, ümumiyyətlə smartfonun uzunömürlüyünü və təhlükəsizliyini qoruyur.

Ekspertlər həmçinin telefonu tam - 100 faiz doldurmamağı, yaxud tamamilə boşalmağa imkan verməməyi tövsiyə edirlər. Akkumlyator üçün ən optimal yüklənmə 40-80 faizdir. İfrat yüklənmə, yaxud enerji boşalması akkumlyatorun stresli rejimdə işləməsinə gətirə bilər.

Akkumlyatorun tam yüklənməsi üçün qadcetinizlə bir komplektdə olan blok və kabeldən istifadə etməyiniz vacibdir./faktxəbər

Xəbər lenti