“Samsung Galaxy S9” smartfonu martın 16-dan tez çıxa bilər

22.02.2018 13:52

Xarici insayderlər yeni flaqman "Samsung Galaxy S9” smartfonunun rəsmi təqdimatı olacaq martın 16-dan əvvəl necə əldə edilməli olduğunun yollarını tapıblar.

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumata görə, əvvəlcə xatırlatmaq lazımdır ki, smartfon üçün sifarişlər artıq indidən açıqdır.

Bu smartfonu sifariş edənlərə onun ilk partiyası fevralın 25-də göndəriləcək. Bundan sonra isə hər bir alıcı rəsmi saytda növbəti smartfon üçün növbəsini real vaxt müddətində izləyə biləcək.

"Samsung Galaxy S9” smartfonunu əvvəlcədən əldə etmək üçün istifadəçilər sadəcə öz İP ünvanını ABŞ ünvanına dəyişməlidir. Onlar sifariş zamanı ABŞ-ın istənilən regionunu qeyd edə bilər. Məhz ABŞ-a flaqman daha tez çatdırılacaq.

© xezerxeber.az

FOTOQALERIYA






243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR