Xəzər Xəbər

Telefonların batarekaları hava vasitəsilə yüklənəcək - yeni qurğu yaradılıb

Texnologiya | 13:36 • 20 Fevral 2018
Telefonların batarekaları hava vasitəsilə yüklənəcək -

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri atmosferdən elektrik enerjisi alan qurğu hazırlayıblar. Yeni qurğu hava temperaturunun gündəlik dəyişkənliyinə əsasən fəaliyyət göstərir. Qurğu grafen təbəqə ilə örtülmüş və xüsusi mum ilə doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanıb. Cihazın bir tərəfi istilik yayır, digər tərəfi isə istiliyi özündə saxlayır. Belə temperatur dəyişkənliyi elektrik enerjisi istehsal etməyə imkan verir. 

Alimlərin sözlərinə görə, bu termal rezonator ən yüksək istilik ətalətinə malikdir. Yaxın gələcəkdə alimlər mobil cihaz və smartfonları enerji ilə təmin etmək məqsədilə qurğunun gücünü artırmaq niyyətindədirlər.

Xəbər lenti

Çox oxunanlar