Xəzər Xəbər

"Samsung"un "ağıllı" saatı təzyiqi ölçəcək

Texnologiya | 17:15 • 19 Fevral 2018
"Samsung"un "ağıllı" saatı təzyiqi ölçəcək
"Samsung"un yeni "ağıllı" saatı bazara çıxarsa, heç bir cihaza ehtiyac olmadan qan təzyiqini ölçmək mümkün olacaq.

Bu texnologiya "Samsung" şirkətinin aldığı patentdə ortaya çıxıb. Hələlik bir patent olduğundan, yeni nəsil "Samsung" cihazlarının bazara çıxma ehtimalı var.

Patentdə bu saat "Gear X" kimi göstərilir.

Yəqin ki, bu,bir kod adıdır. Lakin sözügedəntexnologiyanın "Samsung Gear S4" və ya "Gear Sport 2" modeli üçün mövcud olmayacaq.

Xəbər lenti