Xəzər Xəbər

Bu il 3 yeni “Ayfon” buraxılacaq İSTİ QİYMƏTLƏR

Texnologiya | 15:24 • 13 Fevral 2018
Bu il 3 yeni “Ayfon” buraxılacaq

"Əpl” şirkəti cari ilin sentyabr ayında 3 yeni model "Ayfon” smartfonu təqdim edəcəyini bəyan edib.

Yeni modellərin əsas fərqi çərçivəsiz "Super Retina” ekranına malik olmalarıdır. Hazırda isə internetdə 2018-ci ildə buraxılacaq "Ayfon” modellərinin qiymətləri yayımlanıb.

Məlumata görə, ABŞ istehsalçısı istifadəçilərin tələbatını öyrənmək məqsədilə "iPhone X” smartfon modelini buraxıb. Yeni qurğu əlavə funksiyalar və xüsusi komplektləşdirmə baxımından istifadəçilərin marağına səbəb olub. Alıcıları razı salmaq üçün sentyabrda 3 yeni qabaqcıl modelin təqdimatı planlaşdırılır.

İlkin məlumatlara görə, modellər çərçivəsiz ekran, üz skaneri ilə təchiz ediləcək və simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək. Məşhur analitik Fil Cons satış bazarının "Əpl” şirkəti tərəfindən yeni məhsulların buraxılması ilə əlaqədar qiymət siyasəti barədə fikirlərini bölüşüb. O bildirib ki, "IPS” ekranlı 6,1 düym diaqonallı "iPhone” modelinin qiyməti 800-950 dollar, "OLED” displeyli 5,8 düymlük "iPhone”un 950-1100 dollar, "OLED” ekranlı 6,5 düym diaqonallı "iPhone” smartfonunun isə 1100-1250 dollar təşkil edəcək./publika.az

Xəbər lenti