Xəzər Xəbər

“Honda” 350 min avtomobilini geri çağırır

Texnologiya | 08:40 • 13 Fevral 2018
“Honda” 350 min avtomobilini geri çağırır

Yaponiyanın "Honda” avtomobil korporasiyası Çin bazarından 350 minə yaxın "CR-V” və "Civic” modelini geri çağırmağı planlaşdırır.

Geri çağırma avtomobillərin mühərrikində olan nasazlıqlarla bağlıdır.

Qərarın ötən ay avtomobil sahiblərindən daxil olan kütləvi şikayətlərdən sonra qəbul edildiyi bildirilir. Şikayətlər əsasən avtomobillərin qış mövsümündə qeyri-məqbul işləməsi ilə bağlı olub.

Xəbər lenti