Xəzər Xəbər

Satıcı robot işdən çıxarıldı

Texnologiya | 14:08 • 23 Yanvar 2018
Satıcı robot işdən çıxarıldı
Edinburq şəhərindəki "Margiotta Food & Wine” ərzaq mağazasına xidmətə götürülmüş "Fabio” ləqəbli Yaponiyanın "Pepper” robotu satıcı vəzifəsini yerinə yetirə bilməyib. Quraşdırılmasından bir həftə sonra robotu ticarət zalından yığışdırıblar. Onun fəaliyyəti mağazanın rəhbərliyini razı salmayıb. "Fabio” öz məhdud imkanları sayəsində alıcıların tələbatını yerinə yetirə, bu və ya digər məhsulun harada yerləşdiyini ətraflı olaraq izah edə bilməyib. Üstəlik, yersiz zarafatlar da edib. Məhz belə zarafatlarına görə mağazanın sahibi Franko Margiotta onu işdən azad edib.

Xəbər lenti