Xəzər Xəbər

“Əpl” Trampı sevindirdi 20000 nəfərlik iş yeri və...

Texnologiya | 15:34 • 19 Yanvar 2018
“Əpl” Trampı sevindirdi

Dünyanın nəhəng texnologiya şirkətlərindən olan "Əpl” ABŞ-da yeni yaşayış düşərgəsi quracağını və 20 000 nəfərlik iş yeri açacağını elan edib.

50 ştatda 84 000 nəfərlik işçi qüvvəsi olan şirkət növbəti iş yerini müştərilərinə texniki xidmətlər təqdim edə bilmək üçün açdığını bildirib.

Şirkət növbəti 5 ildə ABŞ iqtisadiyyatına 30 milyard dollar dəyərində fayda vermək niyyətindədir.

"Əpl”in bu xəbərini eşidən ABŞ prezidenti Donald Tramp "Tvitter” hesabından "Amerikalı işçilər və ABŞ üçün böyük qazanc” ifadələrini yazıb./publika.az

Xəbər lenti