Xəzər Xəbər

Bu sosial şəbəkədə ŞƏXSİ İSMARICLAR OXUNUR

Texnologiya | 17:35 • 18 Yanvar 2018
Bu sosial şəbəkədə

"Tvitter" şirkəti "Project Veritas" təşkilatının istifadəçilərin şəxsi ismarıclarını oxuması barədə bəyanatına münasibət bildirib.

"Tvitter" şirkətinin əməkdaşları vaxtaşırı şəxsi yazışmanı oxuyur.

"Biz mütəmadi olaraq şəxsi ismarıcları oxumuruq. Ancaq vaxtaşırı. Məhdud sayda əməkdaşımız bu məlumatı əldə edə bilər. Biz öz növbəmizdə onlara qarşı çox ciddi giriş protokolu tətbiq edirik", - deyə şirkətdə birdiriblər.

Şəxsi ismarıcları oxuyan əməkdaşların dəqiq sayı açıqlanmasa da, bunun yüzlərlə insan olması inkar edilib.

Qeyd edək ki, "Tvitter"in öz istifadəçilərin şəxsi ismarıcları oxuması barədə məlumat onlar haqqında "virtual profilin yaradılması” və reklam şirkətlərinə sonradan satılması məqsədi ilə edildiyi bildirilib./publika.az

Xəbər lenti

Çox oxunanlar