Xəzər Xəbər

“Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır

Texnologiya | 10:18 • 13 Yanvar 2018
“Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır

"Fiat Chrysler Automobiles” şirkəti ABŞ-da 162 mindən çox avtomobili geri çağırmaq niyyətindədir.

Trend-in məlumatına görə, qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ildə buraxılmış "Chrysler Pacifica” mini-ven tipli modelinə şamil olunur.

Bildirilir ki, qeri-çağırma kampaniyası avtomobilin hibrid benzin-elektrik versiyasını əhatə etməyəcək.

Xəbər lenti