Xəzər Xəbər

“Twitter” videoların baxılma sayını hesablamağa başladı

Texnologiya | 15:10 • 13 Dekabr 2017
“Twitter” videoların baxılma sayını hesablamağa başladı
"Twitter” platformada yerləşdirilən videoların baxılma sayını göstərəcəyini elan edib.

İKT.lent.az-ın Adindex.ru saytına istinadən məlumatına görə, bu barədə mikrobloqlar şəbəkəsindən bildiriblər.

"Twitter”in həm orqanik, həm də reklam videolarında baxışların sayı hesablanacaq. Burada ancaq pre-rollar istisnadır.

"Videoink” portalı qeyd edib ki, bir çox istifadəçilər şikayət ediblər ki, onlar mobil cihazlardan olan baxışları görmür. Bununla belə, portal yazır ki, yenilik reklam verənlər tərəfindən böyük marağa səbəb ola bilər. Onlar digər sosial şəbəkəni – "Facebook”u misal olaraq çəkərək bildiriblər ki, "Facebook” bu funksiyanı 2014-cü ildən tətbiq edir.

Əlavə edək ki, "Twitter”də videoların baxılması ikinci saniyədən sonra hesaba alınır. "Facebook” və "Instagram”da isə bu göstərici üçüncü saniyədən hesaba alınmağa başlanılır.

Xəbər lenti