Xəzər Xəbər

Facebook-un sabiq vitse prezidenti: `Özümü günahkar hiss edirəm`

Texnologiya | 13:21 • 13 Dekabr 2017
Facebook-un sabiq vitse prezidenti:

"Uşaqlarıma bu zibildən istifadə etməyə qoymuram"

Facebookun daha bir sabiq rəhbəri sosial şəbəkənin bütün dünyada vətəndaş cəmiyyətinə verdiyi zərərlərdən danışıb. CNews-in məlumatına görə, 2007-ci ildə Facebook-a qoşulan və istifadəçilər bazasının yüksəldilməsi məsələləri üzrə vitse-prezidenti olan Çamat Palihapitiya bəyan edib ki, inkişafında köməyi olan kompaniya ilə əlaqədar günah hissi keçirir.

«Hesab edirəm ki, biz cəmiyyətin qarşılıqlı əlaqə prinsiplərini pozan alətlər yaratmışıq», - deyə Stenford Vli Biznes Məktəbinin auditoriyasında bəyan edib və insanlara sosial şəbəkələrlə əlaqəni qəfil kəsməyi tövsiyə edib.

«Bizim yaratdığımız qısamüddətli, dofaminə (həzz hormonu) bağlanmış əks rabitə dövriyyəsi ictimaiyyətin işinin əsasını məhv edir», - deyə o, bildirib.

Nəhəng sosial şəbəkənin sabiq vitse-prezident bəyan edib ki, bunları deyərkən ürək, layk və baş barmağın yüxarı qaldırılması isə əsaslanan interaktiv qarşılıqlı əlaqəni nəzərdə tutur: «Vətəndaş diskusiyası, qarşılıqlı əlaqə yoxdur, dezinformasiya və yalan xəbərlər yayılır… Bu ümumdünya problemidir»

Palihapitiya təkcə Facebook-u yox, ümuiyyətdə onlayn ekosistemi tənqid edib. O, cari ilin may ayında Hindistanda baş verən faciəni xatırladıb. Belə ki,Carkhand ştatının balaca bir kəndində sakinlər heç bir günahı olmayan 7 nəfəri linç edib. Səbəb isə WhatsApp mesencerində uşaqların oğurluğu barədə yalan informasiya imiş. Öldürülənlərdən 4-ü qonaq olub. WhatsApp-da yadellilərin oğru ola biləcəyi məlumatını oxuyanda sakinlər öz «təhlükəsizlikləri» üçün qonaqları öldürmək qərarına gəlirlər. 4 «oğru» qəzəbli sakinləri görəndə qaçmaq istəyiblər, lakin onlardan biri ələ keçib və öldürülüb. Sonra kənd sakinləri qalanlarını da ələ keçirərək öldürüb.

Digər öldürülənlər isə kənd sakinləri olublar. 4 nəfər şəxs nənələrinin müşaiyyəti ilə cipdə tikintiyə gedirmişlər. Maşın saxlanılıb və içəridə olanların hamısından şəxsiyyətlərini təsdiq edən sənədlər tələb edilib. Lakin onlardan yalnız birinin üzərində sənəd olub. Qalan üç nəfər avtomobildən çıxarılıb və ölümcül döyülüb. Hətta yaşlı qadın da döyülüb. Cip isə yandırılıb. Sağ qalan şəxsin dediyinə görə, hadisə vaxtı polis yaxınlıqda olub və baş verənləri izləməklə kifayətlənib».

O, bildirib ki, Facebook-dan bacardıqca az isitifadə etməyə çalışır: «Uşaqlarıma bu zibildən istifadə etməyə qoymuram».

Qeyd edək ki, sosial şəböəkənin ilkin investorlarından olan Şon Parker, sabiq məhsuldar mesencer Antonio Qarsiya-Martines də Facebook barədə analoji fikirlər səsləndirmişdilər./faktxəbər

Xəbər lenti