Xəzər Xəbər

“Apple” “Shazam”ı bu qiymətə aldı

Texnologiya | 12:05 • 12 Dekabr 2017
“Apple” “Shazam”ı bu qiymətə aldı

ABŞ-ın "Apple” korporasiyası Britaniyanın "Shazam Entertainment” şirkətini satın aldığını təsdiqləyib.

XəzərXəbər İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, amerikalılar sövdələşmənin dəyərini açıqlamayıblar, lakin "TechCrunch” texnobloqu satınalmanın 400 milyon dollar təşkil etdiyini yazıb.

"Shazam”ın "Apple Music” ekosisteminə inteqrasiya ediləcəyi gözlənilir. Bu addım şirkətin "Spotify” ilə rəqabətinə kömək edəcək. "Apple Music”in 27 milyon, "Spotify”ın 60 milyon abunəçisi var. "Shazam”ın dünya üzrə aktiv istifadəçilərinin sayı isə 150 milyon nəfərdən çoxdur.

"Shazam” dünyada musiqilərin tanınması üzrə ən məşhur xidmətdir. Onun köməyi ilə istifadəçilər istənilən kontenti – audio və videoları, reklam elanlarını, qəzet-jurnallarda çıxan çap reklamlarını, küçə lövhələrində, eləcə də əşyaların paketlərindəki təsvirləri tanıya bilir.

Xəbər lenti