Xəzər Xəbər

Ən yaxşı kamerası olan smartfonlar - REYTİNQ

Texnologiya | 13:49 • 11 Dekabr 2017
Ən yaxşı kamerası olan smartfonlar -

"Google Pixel 2” 2017-ci ilin ən yaxşı kameraya malik smartfonların siyahısının ilk beşliyinə başçılıq edib.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, çoxsaylı sınaqların təhlilindən qurulmuş reytinqi "DxOMark” şirkətinin analitikləri təqdim ediblər.

İstehsalçılar anlayır ki, istifadəçilər smartfon seçərkən əsas üstünlüyü təkcə dizayna deyil, kameranın özəlliklərinə də verirlər. Şəkil çəkmək üçün cihaz olmadıqda, "ağıllı” telefon sadəcə lazımsız oyuncağa çevriləcək. Bunun üçün də mütəxəssislər hansı texnologiyanın daha yaxşı nəticə əldə etdiyi ilə maraqlanıblar.

70 cihazdan ibarət siyahına lider 98 xal toplayan "Google Pixel 2” olub. Ondan cəmi 1 xal geridə qalmaqla ikinci yeri tutan "Apple” şirkətinin "iPhone X” smartfonu olub. Liderlərin ilk üçlüyünü 97 xalla "Huawei Mate 10 Pro” smartfonu qapayır.

Sonuncu iki mövqeni isə 94 xalla "iPhone 8 Plus” və "Samsung Galaxy Note 8” smartfonları bölüşdürür.

Xəbər lenti