Xəzər Xəbər

Robotlar üçün yeni texnologiya yaradılıb

Texnologiya | 19:04 • 10 Dekabr 2017
Robotlar üçün yeni texnologiya yaradılıb

Robot texnologiyası nə qədər inkişaf etsə də, hazırda bu mexanizm insan tərəfindən idarə olunur. Kaliforniya Universitetinin alimləri robotlar üçün yeni maşın təlimi texnologiyası yaradıblar.

Xezerxeber.az məlumat verir ki, yeni texnologiyaya əsasən robot insanın iştirakı olmadan qərarlar qəbul edə bilir.

Tədqiqatçı Frederik Ebert avtonom rejimdə toplanmış məlumatlardan istifadə olunmaqla yeni sistemin yaradıldığını bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə robot kameralardan əldə olunan təsvirlərin köməyi ilə əşyaları müstəqil hərəkət etdirir və bunun əsasında da proqnozlaşdırılan davranış modeli qurulur.

Xəbər lenti