Xəzər Xəbər

Çin “Land Rover”i cəzalandırdı

Texnologiya | 15:23 • 7 Dekabr 2017
Çin “Land Rover”i cəzalandırdı

Çin hökuməti ölkənin Sincan Uyğur Muxtar Rayonunda səhralıq ərazidəki təbiət qoruğunda icazəsiz avtoyürüş təşkil etdiyi üçün "Land Rover” şirkətinin Çin bölməsini cərimələyib.


AZƏRTAC xəbər verir ki, ümumilikdə 49 nəfər 16 "Land Rover” avtomobilində Lop Nur təbiət qoruğunun rəhbərliyinə xəbər vermədən əraziyə daxil olaraq yürüş keçiriblər. Bu da Çinin təbiət qoruqları haqqında qanunvericiliyinin pozulması deməkdir.


Qoruğun rəhbərliyi bildirib ki, "Land Rover China” əvvəlcədən məlumat versəydi belə, ərazidə hər hansı avtoyürüşün keçirilməsinə icazə verilməyəcəkdi. Qanun pozuntusuna görə şirkət 1500 ABŞ dollarınadək, fərdi şəxslər isə 750 dollaradək məbləğdə cərimələnəcək.


"Land Rover China”nın rəsmisi qanun pozuntusunu etiraf edib, şirkətin gələcək fəaliyyətində ölkə qanunlarına ciddi əməl edəcəyini bildirib.

Xəbər lenti