Xəzər Xəbər

“Apple” ikinci nəsil smartfon təqdim etməyə hazırlaşır

Texnologiya | 17:10 • 23 Noyabr 2017
“Apple” ikinci nəsil smartfon təqdim etməyə hazırlaşır

"Apple” şirkəti ikinci nəsil "iPhone SE” smartfon modelini 2018-ci ilin birinci yarısında təqdim edəcək.


Xezerxeber.az bildirir ki, bu barədə "Economic Daily News” nəşri məlumat yayıb. Şərti adı "iPhone SE 2” olan smartfon eksklüziv olaraq Tayvanın "Wistron” istehsalçısı tərəfindən orijinal "iPhone SE” modelinin yığıldığı Hindistanın Benqalur şəhərində yerləşən fabrikdə hazırlanacaq.


"iPhone SE 2” smartfonunun ənənə üzrə 2018-ci ilin martında keçiriləcək mətbuat tədbirində nümayiş olunacağı gözlənilir.


İlkin məlumatlara görə, "iPhone SE” modelini əvəzləyəcək "iPhone SE 2” smartfonu "Apple A10” prosessoru daxil olmaqla, ötən il buraxılan "iPhone 7” ilə eyni texniki imkanlara malik olacaq. Bununla yanaşı, yeni qurğunun 4 düym diaqonallı dizaynı və "Touch ID” barmaq izi skanerini saxlayacağı bildirilir.

Xəbər lenti