Xəzər Xəbər

"Facebook"u geridə qoydu 523 milyard dollar

Texnologiya | 17:05 • 23 Noyabr 2017
"Facebook"u geridə qoydu

Çinin sosial media şirkəti"Tencent” bazar dəyərini artıraraq "Facebook”u geridə qoyub.

Sosial mesajlaşma və mobil ödəmə tətbiqi olan "Wechat” sosial şəbəkəsinin sahibi "Tencent” şirkəti,Honkonqun fond birjalarındakı dəyərini gün ərzində 2.38 faiz artırıb. Bu artımla bazar qiymətini 523 milyard dollara yüksəldən şirkət "Facebook”-u geridə qoyub.

Bununla, "Tencent” şirkəti, "Apple”, "Alphabet”, "Microsoft” və "Amazon”dan sonra dünyanın ən dəyərli 5-ci texnologiya şirkəti adını qazanıb./Metbuat.az

Xəbər lenti