Xəzər Xəbər

Android istifadəçilərinin NƏZƏRİNƏ!

Texnologiya | 15:47 • 23 Noyabr 2017
Android istifadəçilərinin

Google şirkətinə məxsus Android əməliyyat sistemi istifadəçinin mövqe göstəricilərini GPS bağlı olduğu halda belə toplayır.

"Quartza saytının məlumatına görə, Google Android əməliyyat sistemində 2017-ci ilin əvvəlində gördüyü bəzi yeniləmələrlə sistemə ətrafdakı baza stansiyasının siqnallarını götürmək xüsusiyyəti əlavə edib.

Mobil telefon kodlarını daha aktiv hala gətirmək üçün yaradılan xüsusiyyət GPS qapalı olduğu halda olduqda da işlədiyindən, mövqe xidmətlərini istifadə etmək istəməyən Android istifadəçilərinin də mövqe göstəricilərinin müəyyən edilməsinə yol açır.

"Quartz"ın bu barədə suallarını cavablandıran Google səlahiyyətliləri yeni dəyişikliklə baza stansiyası göstəricilərinin bütünlüklə toplandığını təsdiqləyib. Google səlahiyyətliləri şifrələnmiş fakt zənciri kimi Google-a çatan məlumatların heç vaxt toplanmadığını, reklam və ya müştəri xidmətlərində istifadə edilmədiyini, yalnız kod xidmətlərinin texniki gözəlliyini təmin etmək üzrə qiymətləndirildiyini bildirib./FaktXəbər

Xəbər lenti