Xəzər Xəbər

Rusiyadan “Apple” məhsullarına güclü rəqib: “davranış kilidi” yaradıldı

Texnologiya | 14:31 • 21 Noyabr 2017
Rusiyadan “Apple” məhsullarına güclü rəqib:

Rusiyanın Moskva Beynəlxalq Nüvə Araşdırmaları Universitetinin mütəxəssisləri ağıllı smartfonlar üçün "davranış kilidi” yaradıb.

Mütəxəssislər ağıllı telefonlar üçün davranış formalarının əsas götürüldüyü bir təhlükəsizlik sistemi düzəldib.

Hazırda mobil telefonlarin təhlükəsizliyi üçün fiqur və ya rəqəmlərlə yaradılan şifrələr geniş şəkildə istifadə edilir. Barmaq izi və üztanıma sistemi isə telefonun ümumi təhlükəsizliyini təmin etmək üçün üstünlük verilən alternativlərdəndir.

Moskva Universiteti isə bütün bu üsullardan fərqli olaraq, davranış formalarının istifadə edildiyi "qırılmaz” bir təhlükəsizlik sistemi hazırlayıb.

Sistem hər kəsin telefondan istifadə etmə formasına əsaslanır. Çünki hər bir fərd cihazı tutmaq, ekrana toxunmaq və tətbiqləri istifadə etmək formasına görə digərlərindən fərqlənir. Bu xüsusiyyət yaddaşa köçürülə bilmir, üzü çıxarılmır və oğurlamaq mümkün deyil. Buna görə də bu "Touch İD” və "Face İD” təhlükəsizlik sistemləri ilə müqayisədə analoqu olmayan sistemdir./publika.az

Xəbər lenti