Xəzər Xəbər

“Facebook” istifadəçiləri yazıları silmək imkanından məhrum edilib

Texnologiya | 09:39 • 21 Noyabr 2017
“Facebook” istifadəçiləri yazıları silmək imkanından məhrum edilib

"Facebook” sosial şəbəkəsinin istifadəçiləri yazıları silmək imkanından məhrum edib. Onlar yazıları yalnız redaktə edə bilərlər.

Məlum olub ki, bu problemlə istifadəçilər saytın kompüter versiyasında qarşılaşıblar. Akkaunta mobil proqram vasitəsilə daxil olduqda isə yazıları silmək mümkündür.

Xezerxeber.az məlumat verir ki, versiyalardan biri "Facebook” sosial şəbəkəsində texniki nasazlıqla bağlıdır. Digər versiya sosial şəbəkənin məqsədyönlü şəkildə öz mobil proqramını populyarlaşdırmaq istəyi ilə bağlıdır.

Xəbər lenti