Xəzər Xəbər

“Facebook” istifadəçiləri yazdıqları statusları niyə silə bilmir?

Texnologiya | 14:55 • 20 Noyabr 2017
“Facebook” istifadəçiləri yazdıqları statusları niyə silə bilmir?

"Facebook” sosial şəbəkəsinin istifadəçiləri bildiriblər ki, saytın kompüter versiyasında yazıların silinməsi funksiyası itib.


İKT.lent.az-ın "VentureBeat” portalına istinadən məlumatına görə, bu versiyada dərc edilən yazıları ancaq redaktə etmək mümkündür. Bununla belə, əlavənin mobil versiyasında bu funksiya hələ də mövcuddur.

Bəzi istifadəçilər təxmin ediblər ki, bu funksiyanın silinməsinin müvəqqəti qüsur və ya nasazlıq olması mümkündür ki, onu da şirkət yaxın zamanlarda aradan qaldıracaq.

Ancaq nəşr güman edir ki, bu, mobil əlavəni populyarlaşdırmaq məqsədləri üçün "Facebook”un məqsədyönlü addımı ola bilər.

Xəbər lenti