Xəzər Xəbər

İstifadəçilər smartfon asılılığı təhlükəsini dərk etməyə başlayıblar - ARAŞDIRMA

Texnologiya | 09:35 • 20 Noyabr 2017
İstifadəçilər smartfon asılılığı təhlükəsini dərk etməyə başlayıblar -

İnsanlar smartfonlardan həddən artıq istifadə nəticəsində həyəcan, depressiya, yuxu problemi ilə üzləşə bilərlər. Bu yaxınlarda ABŞ-da keçirilmiş araşdırmaya görə, əvvəllər smartfon asılılığı və onun nəticələrindən xəbərsiz olan istifadəçilər indi vəziyyətin ciddiliyini dərk etməyə başlayırlar.


AZƏRTAC "hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, "Deloitte” şirkəti tərəfindən keçirilmiş "Global Mobile Consumer Survey” adlı araşdırma nəticəsində məlum olub ki, rəyi soruşulanların 45 faizi mobil telefonlardan istifadə tezliyi və davametmə müddətini məhdudlaşdırmaq üçün şüurlu şəkildə səy göstərirlər. Adətən, bunun üçün ya aparatdan uzaq durur, ya bildirişləri, ya da ki səs siqnallarını deaktiv edirlər. Maraqlıdır ki, səsli zənglər itirilmiş mövqeyini geri qaytarmağa başlayıb. 2017-ci ildə səsli zənglərdən istifadə 9 faiz artıb. Bununla belə, respondentlərin 14 faizi həftə ərzində 1-dən az zəng edirlər.

Xəbər lenti