Xəzər Xəbər

Yeni smartfon sahibini sifətinə görə tanıyacaq

Texnologiya | 09:55 • 18 Noyabr 2017
Yeni smartfon sahibini sifətinə görə tanıyacaq

"Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni "V7” smartfonunu təqdim edib.

Xezerxeber.az məlumat verir ki, şirkətin məlumatına görə, qurğu nazik çərçivəli və tərəfləri 18:9 nisbətinə bərabər ekranla və istifadəçinin sifətinin tanınması funksiyası ilə seçilir. Smartfonda qoşa kamera quraşdırılmasa da, istehsalçı əsas diqqəti məhz fotoçəkmə imkanlarına yönəldib. Belə ki, "Vivo V7” smartfonu dağınıq arxa fonlu çəkilişlər edən 16 meqapikselli əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.

Bildirilir ki, 5,7 düym diaqonallı ekrana malik qurğunun korpusu metaldan hazırlanıb. İstehsalçıların sözlərinə görə, smartfon qabaritinə görə 5,2 düym diaqonallı qurğularla uyğunluq təşkil edir. Nazik çərçivələr sayəsində ekran ön paneldə 83,6 faiz yer tutur. Barmaq izi skaneri isə arxa paneldə yerləşir.

Qara və qızılı rənglərdə satışa çıxarılacaq "Vivo V7” smartfonunun qiyməti 300 dollar olacaq.

Xəbər lenti