Xəzər Xəbər

Robotlar da diaqnoz qoyacaqlar

Texnologiya | 16:45 • 17 Noyabr 2017
Robotlar da diaqnoz qoyacaqlar

Süni intellektlə təchiz edilmiş robot Çində həkimlər üçün məcburi olan milli tibbi lisenziya ekspertizasının testindən müvəffəqiyyətlə keçib.


AZƏRTAC mignews.com saytına istinadla xəbər verir ki, robot Çinin süni intellektlə məşğul olan aparıcı şirkəti "iFlytek Co Ltd” tərəfindən istehsal edilib. Şirkət nümayəndələri onun 456 bal topladığını, bu göstəricinin tələb edilən minimum baldan 96 bal yuxarı olduğunu bildiriblər.


İstehsalçıların sözlərinə görə, robot pasiyent haqqında informasiyanı toplayaraq təhlil edə və ilkin diaqnoz qoya bilər. O, gələcəkdə müalicənin effektivliyinin artırılması məqsədilə həkimlərə yardım etmək üçün istifadə olunacaq. Robot həkimləri əvəz etmək üçün nəzərdə tutulmayıb. Onun 2018-ci ilin mart ayında istehsal edilməsi nəzərdə tutulur.

Xəbər lenti