Xəzər Xəbər

Azərbaycan e-imzanın tanınması üçün bır sıra ölkələrlə danışıqlar aparır

Texnologiya | 14:01 • 21 Oktyabr 2017
Azərbaycan e-imzanın tanınması üçün bır sıra ölkələrlə danışıqlar aparır

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron imzanın qarşılıqlı tanınması üçün Türkiyə, İran, Qətər və Ukraynanın müvafiq strukturları ilə danışıqlar aparır.

Bu barədə nazirliyin Elektron-hesablama mərkəzindən məlumat verilib.

Məlumatda o da qeyd olunur ki, Avropa İttifaqının dəstəyi ilə ölkədə elektron xidmətlərin və elektron kommersiyanın inkişafı üzrə işlər aparılır. Bu layihə çərçivəsində eIDAS, e-kommersiya və e-hökumət sahələrində standartlar hazırlanır.

Xəbər lenti