Xəzər Xəbər

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

Texnologiya | 14:24 • 20 Oktyabr 2017
“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

Dünyanın proqram təminatı sahəsində aparıcı şirkəti olan "Microsoft”un bazar dəyəri 600 milyard dolları ötüb.

İKT.lent.az-ın xəbərinə görə, bu, oktyabrın 19-da birjada aparılan ticarət əməliyyatlarının yekununda məlum olub. Sonuncu dəfə şirkət 2000-ci il yanvarın 3-də bu səviyyədə qiymətləndirilmişdi.

"Microsoft” səhmlərinin dəyəri 0,4% artaraq 77,91 dollara çatıb. Bu ilin əvvəlindən səhmlər 25,4% bahalanıb. Ekspertlər "bulud” texnologiyaları sahəsindəki uğurların sayəsində "Microsoft”un dirçəldiyini bildirirlər.

Bazar dəyərinə görə "Apple” (800 milyard $) birinci, "Alphabet” isə (690 milyard $) ikinci sıradadır.

Xəbər lenti