"WhatsApp” istifadəçiləri siyahıdakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. "Live Location” adlanan funksiya servisin hazırkı sahibi – "Facebook” şirkətindən götürülüb.
Şirkətin yaydığı məlumata görə, yeni funksiyadan yaxın vaxtlarda həm "iOS”, həm də "Android” istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı "Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.