Xəzər Xəbər

İkiekranlı smartfon təqdim edildi - FOTO

Texnologiya | 14:12 • 18 Oktyabr 2017
İkiekranlı smartfon təqdim edildi -

Çinin "ZTE” şirkəti ikiekranlı "Axon M” smartfonunu təqdim edib. O, analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir.


Xezerxeber.az məlumat verir ki, cihaz yığılmış vəziyyətdə 5,2 düymlük Full HD təsvir ölçülü ekrana malikdir və "Snapdragon 821” qabaqcıl prosessoru, 4 giqabayt əməli yaddaş, 20 meqapiksellik kamera, 3180 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilib.


Əlin yüngül hərəkəti ilə kitab kimi açılan smartfonun, həmçinin ikinci 5,2 düymlük ekranı var. Ekranlar həm birgə, həm də ayrı-ayrılıqda istifadə oluna bilər. Çəkisi 230 qram olan qurğu ilin sonlarında satışa çıxarılacaq.

Xəbər lenti