Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

“Samsung Galaxy” modellərinə skaner quraşdırılacaq

12.10.2017 17:58

"Samsung” şirkəti smartfona quraşdırılmaqla havanın çirkləndirilməsinin analizini aparan ötürücü üçün patent hüququ alıb.

AZƏRTAC xəbər verir ki, məlumata görə, hazırlanan komponent ətraf havanın keyfiyyətini analiz edərək, istifadəçiləri onların olduğu mühitin həyati informasiyası barədə məlumatlandıracaq. Koreya istehsalçısına verilən patentə görə, skaneri smarton, planşet və "ağıllı” saatlara quraşdırmaq mümkün olacaq.

"Samsung” nümayəndələrinin fikrincə, bazardakı mövcud ötürücülər qeyri-mükəmməldir - onlar ya çox böyük, ya çox kiçikdir, ya da kifayət qədər həssas deyil. Patent hüququ kompakt ölçüyə malik və yüksəkdəqiqlikli göstəriciliyi ilə seçilən kəşf üçün əldə edilib. Yeni skanerin səthiliyi korpusun ölçüsünü artırmadan onu smartfona quraşdırmağa imkan verəcək.

Bildirilir ki, müasir smartfonlar gözlənilən pis hava şəraiti barədə xəbərdarlıq edə bilir. Hava və çirkləndirmənin keyfiyyətinin analizi dünyanın böyük şəhərlərinin sakinləri, xüsusilə Asiyanın əhalisi sıx əraziləri üçün vacib informasiya hesab edilir.

Məlumata görə, ötürücü havanın təmizliyini qiymətləndirərək çirkdən mühafizə üçün maskanın nə vaxt geyilməsi barədə məlumat verəcək. Bundan başqa, xarici ölkələrə səfər edən insanlar məlumatları real vaxt rejimində yoxlaya və lazımi tədbirlər görə biləcəklər.

© xezerxeber.az


334 dəfə oxunub

ÇOX OXUNANLAR