Yeni sayt istənilən selfidən 3D-maska yaradır

23.09.2017 16:54

Böyük Britaniyanın Nottingem və Kinqston universitetlərinin süni intellekt üzrə mütəxəssisləri bir fotoşəkil əsasında sifətin 3D-modelini yaradan yeni saytı istifadəyə veriblər. Fotoşəkilin sifətin ön tərəfindən çəkilməsi tövsiyə edilir. Bu, alqoritmlərə insanı daha asan tanımağa imkan verəcək.

AZƏRTAC "hitech.vesti.ru” saytına istinadla xəbər verir ki, neyroşəbəkə ikiölçülü təsviri üçölçülüyə çevirir. O, sifətin real həyatda necə görünə biləcəyini təxmin edir və hətta onun orijinal fotoşəkildə görünməyən cizgilərini çəkir.

İstehsalçıların sözlərinə görə, sayt əyləncə üçün iki gün ərzində yaradılıb. Bütün yüklənmiş təsvirlər 20 dəqiqə sonra avtomatik silinir və daha istifadə olunmur. Hər kəs layihənin rəsmi veb-saytına öz fotoşəklini yükləyərək sifətinin 3D-modelini görə bilər.

© xezerxeber.az


386 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR