Xəzər Xəbər

Yer kürəsinin hər bir sakininə internetə qoşulan 4 qurğu düşəcək

Texnologiya | 14:35 • 23 Sentyabr 2017
Yer kürəsinin hər bir sakininə internetə qoşulan 4 qurğu düşəcək

2020-ci ildə internetə qoşulan qurğuların sayının hazırkı 8,5 milyarddan 24 milyardadək artacağı proqnozlaşdırılır.

Bu barədə "Business Insider” nəşrində bildirilir.

Məlumata görə, 2020-ci ildə Yer kürəsi əhalisinin hər birinə dörd internetə qoşulan qurğu düşəcək.

Siyahıya həm ənənəvi telefon, planşet və fərdi kompüterlər, həm də "ağıllı” saatlar, "ağıllı” televizorlar və internetə qoşulan soyuducular daxil olacaq.

Xəbər lenti