Xəzər Xəbər

"General Motors" 2,5 milyondan çox avtomobili geri çağıracaq

Texnologiya | 10:56 • 23 Sentyabr 2017
"General Motors" 2,5 milyondan çox avtomobili geri çağıracaq

ABŞ-ın avtomobil istehsalçısı "General Motors” və onun Çindəki "Shanghai GM” Çində 2,5 milyondan çox avtomobili geri çağıracaq.

Buna təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlar səbəb olub.

Qeyd olunur ki, ilk növbədə oktyabrın 29-dan başlayaraq 14 minə yaxın "Saab” və "Opel” avtomobilləri geri çağırılacaq.

Sonra isə dekabrın 29-dan başlayaraq, bu qərar 2,5 milyondan çox "Chevrolet” və "Buick” avtomobillərinə şamil olunacaq.

Xəbər lenti