Xəzər Xəbər

Zukerberq Rusiyaya dair məlumatları ABŞ xüsusi xidmət orqanlarına ötürdü

Texnologiya | 14:56 • 22 Sentyabr 2017
Zukerberq Rusiyaya dair məlumatları ABŞ xüsusi xidmət orqanlarına ötürdü

"Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsinə dair istintaq çərçivəsində administrasiya ilə əməkdaşlıq edirik".

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu "Facebook"un sahibi Mark Zukerberq açıqlayıb.

O qeyd edib ki, şirkət 1 ay ərzində araşdırma aparıb və nəticəsi ilə bağlı lazımi məlumatlar müstəntiqlərə ötürülüb.

Xatırladaq ki, bir qədər əvvəl "Facebook" rəhbərliyi prezident seçkiləri öncəsi Rusiyanın şəbəkə daxilində ödənişli reklam kontenti yerləşdirdiyini açıqlayıb.

Bildirilib ki, "Facebook" bundan sonra da saxta profillərlə mübarizəni gücləndirəcək.

Xəbər lenti