Xəzər Xəbər

Çində kibertəhlükələr üzrə milli məlumat bazası yaradılacaq

Texnologiya | 18:23 • 14 Sentyabr 2017
Çində kibertəhlükələr üzrə milli məlumat bazası yaradılacaq

Çin hökuməti mərkəzləşdirilmiş, kiberhücumlar haqqında bütün informasiyanın toplanacağı milli məlumat bazası yaratmaq niyyətindədir. Bunun üçün telekommunikasiya və internet şirkətləri, həmçinin domen adları provayderləri bütün təhlükələr haqqında hökumətə məlumat təqdim etməli olacaqlar.


Çinin Sənaye və Məlumatlandırma Nazirliyinin fərmanına əsasən, əlaqə operatorları, biznes və dövlət orqanlarının nümayəndələri milli məlumat bazasına təhlükəsizlik hadisələri haqqında informasiya əlavə etməlidir.


AZƏRTAC securitylab.ru saytına istinadla xəbər verir ki, platformanın yaradılması və təhlükələrin aradan qaldırılması üçün məsuliyyət nazirliyin üzərinə düşür. Fərman gələn il yanvarın 1-dən qüvvəyə minir. Ona əməl edilmədiyi təqdirdə, əlaqə operatorları və şirkətlərə xəbərdarlıq və cərimələr tətbiq olunacaq.


Yeni qanun genişmiqyaslı infrastruktur və özəl sektorun kiberhücumlardan müdafiəsini təmin etmək üçün son zamanlar Çin hökuməti tərəfindən təşəbbüs edilən ciddi addımların açıq nümunəsidir.


Qeyd edək ki, cari ilin iyununda Çin hökuməti kiberməkanda fövqəladə vəziyyətlərə rəsmi olaraq münasibət bildirmək üçün ümummilli plan qəbul edib.


Xəbər lenti