Xəzər Xəbər

“iPhone” istifadəçiləri bu xəbəri mütləq oxusun – VACİB QAYDALAR

Texnologiya | 15:02 • 14 Sentyabr 2017
“iPhone” istifadəçiləri bu xəbəri mütləq oxusun
"iPhone” smartfonlarını daha da sürətləndirmək mümkündür

"iPhone”unuzun artıq əvvəlki kimi sürətli işləmədiyini düşünür və ləngliyindən şikayətçisinizsə sizin üçün hazırladığımız bu xəbəri oxuyun.

Məsələn, telefonunuzu uzun müddət söndürüb-açmamış olmanız, onun yavaş işləməsinə səbəb ola bilər.

Lazımsız şəkillərdən xilas olun – Yüzlərlə şəkli telefonunuzda saxlamaq əvəzinə onları "iPhoto” ilə arxivləyə və ya "iCloud” ilə internetdə saxlaya bilərsiniz. Beləliklə lazımsız şəkillərdən də xilas olmuş olarsınız

Lazımsız tətbiqetmələri (application) silin – Bir vaxtlar önəm verdiyiniz, ancaq indi istifadə etmədiyiniz tətbiqetmələri silin və beləliklə telefonunuzun daxili yaddaşında boş yer yaradın.

Köhnə mesajları silin – Mesajlarınızın sayı artdıqca telefonunuz da eyni dərəcədə yavaşlayacaq. Ona görə də saxlanması lazım olmayan mesajlarınızdan telefonunuzu xilas edin.

Xəbər lenti