Bu gün Beynəlxalq Proqramçılar Günüdür

13.09.2017 12:01

13 sentyabr – Beynəlxalq Proqramçılar Günüdür. Həmin təqvim hər il ilin 256-cı günü beynəlxalq səviyyədə qeyd olunur. İl 365 gündən ibarət olarsa sentyabrın 13-ü, hər dörd ildən bir isə sentyabrın 12-si keçirilir.

AZƏRTAC xəbər verir ki, bu gün dünyanın bir çox ölkəsində qeyd olunsa da, Rusiyada rəsmi bayram elan edilib. Həmin təqvimin qeyd olunması fikri rusiyalı proqramçılar Mixail Çervyakov və Valentin Balt tərəfindən irəli sürülüb. Onlar 256 rəqəmini (28) ikili kod sisteminə, yəni rəqəmsal informasiyada səkkiz bitin bir baytla ifadə olunduğu fərqli dəyərlərə görə seçiblər.

Proqramçılar Günü ilk dəfə 2002-ci ildə qeyd olunub. Bundan sonra internet vasitəsilə dünyaya yayılan həmin təqvim Beynəlxalq Proqramçılar Günü kimi 2007-ci ildə təsis edilib.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR