Xəzər Xəbər

Yaponiya qida məhsullarını internet vasitəsilə satacaq

Texnologiya | 09:53 • 13 Sentyabr 2017
Yaponiya qida məhsullarını internet vasitəsilə satacaq

Yaponiyanın ticarət nümayəndələri qida məhsullarının, xüsusən də kənd təssərrüfatı və dəniz məhsullarının ixracını artırmaq üçün internetdən istifadə etməyi planlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatı (JETRO) yerli istehsalçılar və şirkətlər üçün veb-saytların yaradılmasına başlayıb.

Belə saytlardan biri əcnəbi aşbazlar və tədarükçülərlə artıq əməkdaşlıq əlaqəsi qurub. Layihənin məqsədi həm qiymət, həm də məhsulun həcmi ilə əcnəbi müştəriləri qane etməyə çalışan yapon şirkətlərinə dəstək olmaqdır.

Xəbər lenti