Xəzər Xəbər

Döyüş robotları qadağan edilə bilər - BMT-yə məktub

Texnologiya | 13:05 • 22 Avqust 2017
Döyüş robotları qadağan edilə bilər -

Hələ hərbi robotlar istehsal olunmağa başlamasa da, artıq bir çox şirkətlərin nümayəndələri robot qatilləri qadağan etmək çağırışları ilə açıq məktub yazıblar. Müraciətin altında "DeepMind” laboratoriyası və bir çox digər layihələrin müəllifi Elon Mask imzasını atıb.


AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, yüz imza toplanıldıqdan sonra müraciət BMT-yə göndərilib.


Süni intellektlə təchiz edilmiş özü yeriyən tanklar, avtonom turellər və silahların digər növləri gələcəkdə ciddi təhlükə törədə bilər. Buna görə də məktubun müəllifləri Yer kürəsində bəşəriyyət üçün təhlükə yaradan yeni öldürücü qurğuların meydana çıxması ilə növbəti hərbi inqilabın və güclü silahlanmanın başlamasından ehtiyat edirlər.


Məktubun mahiyyəti ondan ibarətdir ki, müəyyən silah növlərindən məhdud istifadə və qadağa haqqında Konvensiyaya döyüş robotları və digər avtonom silahları daxil edilsin.


Xəbər lenti

Çox oxunanlar