Xəzər Xəbər

BƏƏ rəqəmsal hökumətlərin dünya üzrə reytinqində altı pillə irəliləyib

Texnologiya | 17:25 • 21 Avqust 2017
BƏƏ rəqəmsal hökumətlərin dünya üzrə reytinqində altı pillə irəliləyib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2017-ci ildə rəqəmsal hökumətlərin dünya üzrə reytinqində 40-cı yerdən 34-cü yerə qalxıb. Əmirliyin Zawyacо nəşri bu barədə Yaponiyadakı Waseda universitetinin Elektron Hökumət İnstitutunun son tədqiqatlarına istinadla məlumat verib.


AZƏRTAC xəbər verir ki, Tokio Universitetinin və International Academy of CIO çərçivəsində dünya səviyyəli daha 10 universitetin mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar nəticəsində BƏƏ rəqəmsal hökumətin inkişafına görə 9-cu yeri və istifadəçilərin rəqəmsal fəaliyyətə cəlb edilməsinə görə 7-ci tutub.


2017-ci ildə bu reytinqdə 1-ci yer yenə Sinqapura verilib. İlk onluqda sonrakı yerləri Danimarka, ABŞ, Yaponiya, Estoniya, Kanada, Yeni Zelandiya, Koreya, Böyük Britaniya və Tayvan tutur.


Ərəb ölkələri arasında birinci yeri (və dünyada 41-ci yeri) Bəhreyn, sonrakı iki yeri isə Oman və Səudiyyə Ərəbistanı tutur.


Qeyd edilir ki, regionda lider kimi mövqeyini möhkəmlətməyə çalışan Əmirliklərin növbəti mərhələdə hədəfi istifadəçiləri ən yeni proqram əlavələrinə və mobil hökumət qurulmasına cəlb etməkdən ibarət olacaq.

Xəbər lenti