Xəzər Xəbər

İnstaqram-dan möhtəşəm yenilik

Texnologiya | 17:43 • 19 Avqust 2017
İnstaqram-dan möhtəşəm

İnstaqram-ın son yenilənməsində şərhlərə və onlara aid cavablara foto ilə video əlavə etmək funksiyası gəlib.

XəzərXəbər technote-yə istinadən xəbər verir ki, bir neçə gün bundan öncə İnstaqram-dakı şərhlər bölməsi öz təsvirini dəyişmişdi. Yenilənmiş şərh bölməsi çox rahat şəkildə reallaşdırılıb.

Bundan sonra kimsə sizin şərhinizə cavab versə, həmin cavab, bildiriş siyahısına deyil, ismarıclar bölməsinə bərkidilir. Bundan əlavə olaraq şərhlərə cavab olaraq foto və video da əlavə etmək imkanı var. Həmçinin istifadəçilər bundan sonra Direct-də hər hansısa bir ismarıcı digər insana göndərə bilərlər.

"Bundan sonra sizin cavabınız avtomatik olaraq təsvirləri özündə birləşdirəcək. Sadəcə olaraq, cavablandırmaq düyməsinə klik edərək kameraya daxil olun və selfie çəkərək onu ismarıcınıza birləşdirin" - deyə Instagram-ın rəsmi blogunda qeyd olunub. Daha bir yenilik isə ondan ibarətdir ki, istifadəçilər bundan sonra öz fotolarını müxtəlif təsvirlərlə birləşdirə, onlara effektlər əlavə edə biləcəklər.

Sözügedən yeniliklər həm Android, həmdə iOS sistemləri üçün aktivdir.

Xəbər lenti