Xəzər Xəbər

“WhatsApp”dan daha bir faydalı yenilik

Texnologiya | 13:55 • 25 İyun 2017
“WhatsApp”dan daha bir faydalı yenilik

"WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək. XəzərXəbər ICTnews-a istinadən xəbər verir ki, sözügedən messencerin istifadəçiləri bir-biri ilə istənilən formatlı faylları paylaşa biləcəklər. Yalnız faylın tutumuna məhdudiyyət qoyulacaq.

Ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. "WhatsApp” messencerinin "Android” mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, "iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək.

Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər.

"WhatsApp” messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.

Xəbər lenti