Xəzər Xəbər

Nimses sosial şəbəkəsi nədir?

Texnologiya | 15:48 • 22 İyun 2017
Nimses sosial şəbəkəsi nədir?

Demək olar ki, hər gün yeni bir blockchain əsaslı bir layihə haqqında xəbər tuturam. Bu dəfə isə sizə sürətlə yayılmaqda olan Nimsessosial şəbəkəsi haqqında bəhs etmək istəyirəm. Ancaq, əvvəlcədən deyim ki, məqalədə layihəni həm izah edəcəm, həm də yanlış tərəflərini də açıqlayacağam. Bundan sonra, yeni sosial şəbəkənin istifadəçisi olub-olmamağı özünüz qərar verə bilərsiniz.

Necə işləyir?

Nimses- İnstagrama bənzər yeni geolokasiya əsaslı mobil sosial şəbəkədir. Nimsesin foto filterlərinin adları belə instagramdakı ilə eynidir. Nimses -i yeni növ kriptovalyuta adlandırsalar da, hal-hazırda Coinmarketcap saytında bu haqqda heç bir məlumat yoxdur. Ancaq, layihə öz istifadəçilərinə şəbəkəyə sərf etdikləri hər dəqiqəyə görə Nims adlı virtual coinlər verir.


Nimses-də xəbər lenti və yeni postun yaradılması.

Nimlər qazanmaq üçün ilk olaraq mobil tətbiq yüklənməli və qeydiyyatdan keçilməlidir. Qeydiyyatdan keçdikdə hesabınıza 1440 nim əlavə edilməsi üçün bu kodu istifadə edə bilərsiniz - ifg8eoqfaa . Nimlər şəbəkədə keçirdiyiniz hər bir dəqiqəyə görə hesablanır. Çox güman ki, nim - "min"ute sözünün anoqramasıdır. Lakin, nim toplamaq yalnız vaxt keçirtməklə limitlənmir və əlavə nimlər qazanmaq üçün; şəkil paylaşmaq - 100 nim, paylaşımlardan like əvəzi nimlər qazanmaq - 10 ilə 100 nim arası, dostlarınızı şəbəkəyə dəvət etmək isə əlavə nimlər qazandıra bilir.


Nimləri həmçinin yaxınlıqda olan digər istifadəçilər ilə də dəyişə bilərsiniz. Yuxarıda qeyd etdiyim kimi, Nimses özündə həm instagram, həm də geolokasiya funksiyalarını birləşdirib. Siz yalnız 2 km radiusda olan insanların paylaşımlarını görə bilərsiniz. İstifadəçi profilləri isə tanışlıq servisi olan Badoo-nu xatırladır. İstədiyiniz şəxsə bir-başa yaza və ya nim göndərə bilərsiniz. Buna görə də Nimses-in də bir növ tanışlıq platforması olduğunu deyə bilərik.


İstifadəçilər ilə tanışlıq üçün xəritə.

Nimeses yaradıcılarının dediklərinə görə, İyun ayından etibarən nim-ləri məhsul və xidmətlərə dəyişmək olacaq. 2018-ci ildən isə nimləri fiat pul qarşılığında dəyişmək mümkün olacaq, bir şərtlə ki şəxsin hesabında minimum 43 min nim toplanarsa. Hal-hazırda bir dollar, 1822 nim-ə bərbaərdir. Ancaq, düzünü desəm bu heç bir anlama gəlmir, çünki nim-in qiyməti daim düşməyə davam edir və gələn ilə dəyəri nə olacağı heç bilinmir də.

Nimses layihəsinin yaradıcıları olan Ukraynalı komandanın verdiyi məlumata görə nimlər ilə Kiyev və Moskva şəhərlərinin bəzi kofe evləri və kafelərində ödəniş etmək mümkündür. Yaxın gələcəkdə isə bu ödəmə növünün bütün dünyada yayılacağına inandıqlarını qeyd edirlər. Ancaq, şəxsən mənə görə bu bir az şübhəlidir və bunu məqalənin axırında izah edəcəyəm.

Nimses — ilk baxışdan rahat anlaşılmayan bir layihə olsa da, əslində çox sadə ideya üzərində qurulmuş bir tətbiqdir. Nimses-in nə olduğunu izah etmək üçün komanda Youtube-da tətbiqi izah edən bir neçə video rolik yerəşdirib və bir çox forumlarda geniş müzakirə obyektinə çevrilmişdir.

Tətbiq özü çox surətlə yayılmaqdadır və artıq Rusiyanın Appstore-unda pulsuz tətbiqlər arasında birinci yerdə bərqərar ola bilmişdir. Tətbiqi həmçinin İvan Dorn-da reklam etsə də, əsl səbəb kimi dostlarını dəvət et əlavə nim qazan məntiqinə dayanan referral sistem bu işdə daha böyük rol oynmaqdadır. Koddan istifadə edərək qeydiyyatdan keçən bütün istifadəçilər əlavə 1440 nim qazanırlar. İlk nimlərinizi qazanmaq üçün isə bu kodu istifadə edə bilərsiniz - ifg8eoqfaa.

Nimses-də nə paylaşılır?

Tətbiq yeni olduğundan hal-hazırda kim nə gəldi paylaşır və buna görə demək olar ki, xəbər lenti bəzən çox qarışıq olur.


İndi isə gəlin sizə Nimses-in məntiqsiz tərəflərini izah edim və ilk olaraq NİM valyutasına toxunmaq istəyirəm.

Nimses yaradıcıları nim-lərin kriptovalyuta olduğunu qeyd etsələr də, əslində bu heç də belə deyil. Çünki kriptovalyuta olmaq üçün ilk növbədə, tətbiq blockchain üzərində qurulmalıdır. Mən isə düzü bu tətbiqdə blockchain-lik heç bir şey görmədim. Zənnimcə layihə yaradıcıları, sadəcə kriptovalyuta hype-ından istifadə edərək, asanlıqla pul qazanmaq istəyən gəncləri özlərinə cəlb etmək üçün sadə LİKE-ları öz dünyalarında Valyuta adlandıraraq, qarşılığını pul ilə əvəz edəcəklərinə söz veriblər. Həqiqətdə isə, nim kriptovalyuta deyil və faktiki olaraq dəyəri havadan götürülürən virtual bonuslardır.

Nim-lərin gələcəkdə hər hansı bir xidmət və ya məhsula dəyişdirilməsi ideyası da kriptovalyutalar ilə yaxından tanış olan şəxsləri ilk növbədə düşündürüb, sonradan əşşi boş şeydir deməyə vadar edir. Yuxarıda qeyd etdiyim kimi, kriptovalyuta dəqiq bilinən blockchain əməliyyatının mayninqi nəticəsində əmələ gələn dəyər olduğundan, ondan istifadə məntiqlidir. Nim isə sadəcə tətbiqdə keçirdiyiniz zamana görə verildiyinə görə, bu kateqoriyaya aid etmək mümkün deyil. Və burdan da onu demək olar ki, gələcəkdə əgər kimsə nimləri xidmət və məhsul əvəzi qəbul edəcəksə, bu yalnız PR məqsədli ola bilər. Düzü kimsə pul əvəzi də qəbul edə bilər, ancaq bu həm riskli, həm də məntiqsiz bir addım olacağını düşünürəm.

Nimses-in şəkil paylaşma tərəfi İnstagramın eynisidir və dünyanın ən məşhur tətbiqini kopyalamaq nəyə lazım idi anlamıram. Ən azından özlərindən yeni filtrlər fikirləşsə idilər nə isə fərqlilik olardı. Əlavə olaraq tətbiqin istifadəsi üçün nəzərdə tutulan tərəfi anlaşılan olsa da, dərinliklərə getdikcə çox qəlizləşir. Nimlərin qiymətini öyrənmək hissəsinə gedib çıxana kimi o qədər yerdən keçdim ki, ora bir də necə gedəcəyimi düzü heç bilmirəm də.

Beləliklə dostlar, ümid edirəm Nimses-in nə olduğunu sizlərə izah edə bildim... Əgər siz də yeni sosial şəbəkə axtarışındasınızsa buyurun yükləyin, qeydiyyatdan keçib, istifadə edin.

Xəbər lenti