Xəzər Xəbər

Spotify sürətlə böyüməyə davam edir!

Texnologiya | 15:22 • 22 İyun 2017
Spotify sürətlə böyüməyə davam edir!

Dünyanın ən məşhur online musiqi xidməti olan "Spotify", sahib olduğu istifadəçi kütləsini hərötəngün böyütməyə davam edir.

Son dövrdə Apple Music ilə ciddi bir rəqabət içərisində olan 'Spotify'ın bütün hüquqi problemləri həll etməyi bacardığını və rəhbərlikdə dəyişiklik etdiyini bilirik.

Spotify istifadəçi sayı 140 milyonu keçdi!

Ötən il 100 milyon istifadəçiyə xidmət göstərməkdə olan online musiqi xidməti, 1 illik müddət ərzində yüzdə 40% böyümə reallaşdıraraq istifadəçi sayını140 milyon səviyyəsinə çatdırmağı bacardı.

50 milyondan çox ödənişli abunəyə sahib olan və bu sahədə 27 milyon ödənişli abunəçinin iştirak etdiyi Apple Music xidmətindən iki qat daha çox istifadəçiyə sahib olan Spotify, bünyəsində 30 milyondan çox musiqi saxlayır.

Digər musiqi xidmətlərinin əksinə 'Spotify'ın istifadəçilərə uyğun qiymətə xidməti sınaqdan keçirmə şansı təqdim etməsinin, istifadəçilərin marağını çox daha asan cəlb etməsi düşünülür.

Xəbər lenti