Xəzər Xəbər

'WhatsApp'da göndərdiyiniz mesajı, qarşı tərəfin nə zaman oxuduğunu necə bilmək olar?

Texnologiya | 14:34 • 22 İyun 2017
'WhatsApp'da göndərdiyiniz mesajı, qarşı tərəfin

"WhatsApp"da olan"mavi quş"xüsusiyyəti yəqin ki, bir çox cütlüklərin ayrılmasına səbəb olub. Etdikləri yeniliklər ilə başqa bir sosial şəbəkəyə çevrilən "WhatsApp"ın əvvəlki vəziyyətindən artıq əsər-əlamət qalmayıb.

Bildiyimiz kimi, "WhatsApp" çatlarında, siz mesaj göndərən zaman 1 xətt işarəsi sizin ekranda görünür. Əgər mesaj qarşı tərəfə çatdısa, həmin işarədən biri daha əlavə olunur. Qarşı tərəfin mesajı oxuduğu an isə həmin işarələr mavi rəngə dəyişir. Belə bir vəziyyətdə sizi düşəndirən bir sual daha ola bilər, 2 mavi işarə olub,bəs mesajım nə zaman oxunub? "Sevgilim mənə dərhal yoxsa, gec cavab yazır?" - şuphələrini yaşayırsınızsa ekrana yaxın əyləşməyiniz məsləhətdir. Çünki aşağıda qeyd edəcəklərimizi tətbiq etməklə qarşı tərəfə göndərdiyiniz mesajın nə zaman oxunduğunu təyin edə biləcəksiniz.

Qayda 1: Oxunmuş mesajın üzərinə gəlin və mesajın üzərinə basıb saxlayın.
Qayda 2: Ekranın yuxarı hissəsində çıxan "i" işarəsinə klik edin
Qayda 3: Buraya daxil olduqda mesaj haqqında məlumatları əldə edəcəksiniz
Qayda 4: Burada mesajın nə vaxt qarşı tərəfə çatdığı və tərəfin həmin mesajı nə vaxt oxuduğu məlumatları yer alır

Xəbər lenti