Dünyanın ən güclü superkompüterlərinin reytinqi dərc olunub

19.06.2017 18:21

"TOP500” təşkilatı dünyanın ən güclü superkompüterlərinin ənənəvi reytinqinin növbəti versiyasını dərc edib.

AZƏRTAC "CHIP” resursuna istinadən xəbər verir ki, il ərzində hesablama sistemlərinin ümumi məhsuldarlığı 11 faiz - 672 petaflopsdan 749 petaflopsadək (saniyədə 1015 hesablama) artıb. Birinci yeri rəqiblərdən böyük fərqlə 93 petaflops göstərici ilə Çinin "Sunway TaihuLight” superkompüteri tutub.

İkinci yerdə Çinin daha bir kompüteri - son 3 ildə reytinqə başçılıq edən "Tianhe-2” (göstərici 33,9 petaflops) qərarlaşıb. Üçüncü pillədə İsveçrənin "Piz Daint” (Cray XC50) superkompüteri (nəticə 19,6 petaflops) yer alıb.

Həmçinin ilk beşliyə iki ABŞ kompüteri - 17,6 petaflops göstərici ilə "Titan” (Cray XK7) və 17,2 petaflops nəticəyə malik "Sequoia” (IBM BlueGene/Q) daxildir.

© xezerxeber.az


404 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR