Xəzər Xəbər

“Facebook” istifadəçilərinə qarşı yeni fişinq hücumu aşkar edilib

Texnologiya | 18:12 • 19 İyun 2017
“Facebook” istifadəçilərinə qarşı yeni fişinq hücumu aşkar edilib

"PhishLabs” şirkətinin mütəxəssisləri yalnız mobil qurğu sahiblərinə hədəflənmiş yeni fişinq kampaniyası haqda məlumat veriblər. Hücum, əsasən "Facebook” istifadəçilərinə, həmçinin "Apple iCloud”, "Comcast”, "Craigslist” və "OfferUp” xidmətlərinə hədəflənib.


AZƏRTAC "securitylab.ru” saytına istinadən xəbər verir ki, yeni metod ona əsaslanır ki, mobil brauzerlər ünvan sətrində linki tam göstərmirlər. Hakerlər bundan istifadə edərək URL ünvana defis və altdomenlər əlavə edirlər ki, mobil qurğuda link həqiqi kimi görünsün.


Ekspertlərin sözlərinə görə, bu hücum istifadəçilərin diqqətsizliyi halında həyata keçirilir. "PhishLabs” şirkətinin mütəxəssisi Kreyn Hessold izah edib ki, linklər əsasən SMS mesajlar vasitəsilə göndərilir. Bəzi mobil brauzer və messencerlər linkə tam baxmağa imkan verdiyi halda əksər SMS proqramlarında bu funksiya yoxdur.

Xəbər lenti