Xəzər Xəbər

Türkiyənin ilk insanabənzər robotu - evdar xanımlara kömək edəcək - FOTO

Texnologiya | 15:06 • 14 Mart 2017
Türkiyənin ilk insanabənzər robotu -

Türkiyənin ilk insanabənzər "Ada” adlı robotu ev xanımlarının ən böyük köməkçisi olacaq.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, "Ada” qəhvə hazırlama, yemək bişirmə, qabyuyan maşın və soyuducunu proqramlaşdırma kimi bir çox işi yerinə yetirəcək.

Robotu istehsal edən "Akınsoft” şirkətinin idarə heyətinin rəhbəri Özgür Akın bildirib ki, bu kimi vasitələr şirkət tərəfindən təkcə sənaye sahələrində deyil, daha çox insanlara xidmət etmək üçün hazırlanır. Bu robot bir ev xanımı qədər olmasa da ilk etapda onlara köməkçi ola, soyuducunu, qabyuyan maşını programlaşdıra, qəhvəni və ya digər yeməkləri hazırlaya biləcək.

Xəbər lenti