Xəzər Xəbər

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb

Region | 14:59 • 25 Yanvar 2021
Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan və ev şəraitində müalicəyə cəlb olunan Kiçik Əmili kənd sakini A.Gəncimov sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. O, ictimai məkanda hərəkətdə olarkən saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb.


Həmin şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti